Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon MKS-də Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

0

  •        22.07.2022-ci il tarixində Xocalı rayon Mərkəzi Kitabxanasında Xocalı
    rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin və Xocalı şəhər
    5 saylı klubunun birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə bağlı tədbir
    keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə
    baş məsləhətçisi Ruslan Bəşirov, rayon Mədəniyyət evinin, rayon Mərkəzi
    Kitabxanasının və şəhər 5 saylı klubunun kollektivi iştirak etdilər.

    İlk öncə Azərbaycan Milli Mətbuatının əsasını qoyan görkəmli
    maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabi və onun qələm yoldaşlarının
    ruhu bir dəqiqəlik sükutla yad edildi, Allahdan onlara rəhmət dilənildi.

                    Xocalı rayon Mərkəzi
    Kitabxanasının Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Lətifə Rəsulova
    çıxış edərək bildirdi ki, Azərbaycanda milli
    mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur.
    1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir
    Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli
    oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən
    sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur. 1875-ci ilin 22 iyul
    tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən
    “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. “Əkinçi” qəzetində dövrün
    görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa
    Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin
    göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli
    Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

                Gəncə
    Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov çıxışında qeyd etdi ki, bu gün müstəqillik yolu ilə
    inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat
    azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin
    inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin
    və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi
    informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya
    agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə
    ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
    Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin
    daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi
    dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat
    azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində
    yeni-yeni addımlar atır.

                                                                                                                                Hafiz Abbasov,Xocalı rayon Mədəniyyət evinin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib62 dəfə
    Xocalı rayon MKS Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

    Maraqlı gələ bilər
    61
    53